“Bloomberg” Putinin məşhur çıxışının tezislərini açıqladı
Bizi izləyin

Dünya

“Bloomberg” Putinin məşhur çıxışının tezislərini açıqladı

Xəbər verildiyi kimi, 18-20 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin açılışında iştirak etməsi gözlənilən forumda "Goldman Sach", "Deloitte", "Qazprom", "General Electric", "Rosneft" və başqa iri iqtisadi qurumları, həmçinin ayrı-ayrı ölkələrin hökumət və dövlət nümayəndələri iştirak edəcək. Forum çərçivəsində Yunanıstanla Rusiya arasında "Türk Axını" ilə bağlı hökumətlərarası anlaşma memorandumunun imzalanacağı da gözlənilir.

“Bloomberg” agentliyi Rusiya prezidenti Vladimir Putinin forumda çıxışının əsas tezislərini ələ keçirə bilib.

“Bloomberg” agentliyinə danışan məlumatlı mənbə bildirib ki, Vladimir Putin ölkənin iqtisadi böhrandan çıxış yolları, korrupsiya ilə mübarizə və Rusiyada mülkiyyət hüququnun möhkəmləndirilməsi barədə “yüksək pafoslu” bəyanatlar verməyəcək. “Bloomberg” yazır ki, Rusiya lideri Mərkəzi Bankın ehtiyatlarının artmasını gözləyərək böyük iqtisadi layihələrdən imtinanı elan edəcək. “Bu, Putinə artan geosiyasi, həmçinin Ukrayna ilə bağlı ambisiyaları reallaşdırmağa imkan verəcək”, - agentliyin mənbələri söyləyib.

Rusiyanın beynəlxalq valyuta ehtiyatları hazırda təxminən 363 milyard dollar təşkil edir. Bu ötən ilin martına kimi, yəni Krımın Rusiya tərəfindən ilhaq edilməsinə kimi 500 milyard dollar idi.

Mənbələr qeyd edir ki, Rusiya lideri vaxtı qazanmaq və ölkənin daxili məsələlərinin müzakirəsindən qaçmaq istəyir. Agentliyin mənbələrinə görə, Putin NATO ölkələri ilə pisləşmiş münasibətləri daha da kəskinləşdirməmək üçün siyasi bəyanatlardan mümkün qədər qaçmağa çalışacaq. “Öz nitqində prezident həmçinin rusiyalıları inandırmalıdır ki, sanksiyaların pik nöqtəsi və neftin qiymətlərin aşağı düşməsi dövrü artıq keçib, iqtisadi çətinliklər ölkəni yalnız möhkəmləndirib”, - mənbələr qeyd edib.

İstisna edilmir ki, Putin forumda xarici şirkətlərlə birgə maliyyələşdiriləcək yeni layihələri elan edəcək. Mənbələr qeyd edir ki, Sankt-Peterburq forumu Rusiya bazarına Qərb şirkətlərinin cəlb edilməsi üçün düşünülüb. “Əsas məsələ Rusiyanın tamamilə təcrid edilmədiyini göstərmək, həmçinin Çini azad ticarət zonasının yaradılmasına və Uzaq Şərqə qoyulan investisiyaları artırmağa çağırmaqdır”, - mənbələr bildirib.

Agentlik yazır ki, Putin hakimiyyətdə olduğu 15 illik dövrdə “qarışdırılan siqnallar” ustası olub. Bildirilir ki, xarici rəqiblər onun həqiqi niyyətlərini tapmaq üçün “fala” baxmağa məcbur olurlar.

Moskva Karnegi Mərkəzinin eksperti Andrey Kolesnikov “Bloomberg”ə bildirib ki, daxili siyasətdə həvəssizlik və laqeydlik vəziyyəti uzun müddət davam edəcək. Ekspertin sözlərinə görə, ordunu və dövlətlərin sərhədlərini hərəkətə gətirmək Putinin xoşuna gəlir, amma daxili iqtisadiyyat onun üçün maraqsızdır. Ancaq Kolesnikov hesab edir ki, Putin bundan sonra heç bir qərarı tək qəbul edə bilməyəcək.

Putinin mətbuat katibi Dmitris Puskov Putinin forumda mümkün çıxışı barədə səslənən iddiaları şərh etməkdən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm