Amerikalı polis uşağı elektroşokla vurdu - VİDEO
Bizi izləyin

Dünya

Amerikalı polis uşağı elektroşokla vurdu - VİDEO

ABŞ-ın San Dieqo şəhərində polis evindən qaçan 13 yaşındakı bir uşağı 50 min voltluq elektroşok silahla zərərsizləşdirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bir ananın oğlunun iki gündür evə gəlmədiyi barədə polisə müraciət etməsindən sonra baş verib.

Uşağı bir parkda yoldaşları ilə görən polis onu evinə aparmaq istəyib. Ancaq uşağın müqaviməti ilə qarşılaşan polis onu yerə yıxaraq iki dəfə elektroşok verib. Bir müddət iflic vəziyyətində olan uşaq ağrılar içində qışqırmağa başlayıb.

Hadisə yerində olan bir nəfərin mobil telefonla qeydə aldığı və sosial şəbəkələrdə paylaşdığı görüntülər insan haqları təşkilatlarını ayağa qaldırıb. Polis isə müqavimət göstərən bir uşağa qarşı elektroşok silahdan istifadənin qanunsuz olmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm