Putin təlimat verdi, ordu hərəkətə keçdi – FOTOLAR
Bizi izləyin

Dünya

Putin təlimat verdi, ordu hərəkətə keçdi – FOTOLAR

“NATO-nun Şərqi Avropada həyata keçirdiyi “strateji güc nümayişi” cəhdləri Rusiyanı narahat edir”.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib. Onun sözlərinə görə, NATO ilə gərginlik davam etdiyi müddətdə prezident Vladimir Putinin tapşırığı ilə Rusiya ordusu nüvə arsenalına bu il 40 yeni qitələrarası və ballistik raketlər əlavə edəcək.

D.Peskov deyib ki, NATO-nun son cəhdləri Rusiyanı öz təhlükəsizliyi və strateji maraqları üçün öncə hazırlıq tədbirləri görmək məcburiyyətində qoyub: “Putin strateji təhlükəsizliklə bağlı Rusiyanın maraqlarını çox açıq ifadə edir. Düşünürəm ki, nüvə silahlarının gücünü kimsə müzakirə predimentinə çevirə bilməz. Son dövrlər Qərb ölkələrində “soyuq müharibə” ifadəsi yenidən gündəmə gətirilir. Ancaq Rusiya geriləməyin tərəfdarı deyil. Əksinə, biz ortaqlarımızla səmimi və qarşılıqlı faydalar gətirən əməkdaşlıq etməyi arzu edirik”.

Xatırladaq ki, prezident Vladimir Putin Rusiya ordusunun nüvə arsenalına bu il daha 40 yeni qitələrarası və ballistik raketin əlavə olunacağını bəyan edib.

Moskvada təşkil edilən Beynəlxalq Hərbi Texnologiyalar Sərgisinin açılış mərasimində çıxış edən V.Putin qeyd edib ki, Rusiya əvvəllər olduğu kimi, bundan sonra da hərbi qüvvələrinin sayının artırılmasına xüsusi diqqət yetirəcək.

V.Putin 2020-ci ilədək Rusiya ordusunun şəxsi heyətinin 70 faizinin yeni nəsil silahlarla təchiz olunacağını bəyan edib.

Kreml rəhbəri Qərbin nəzarət etmək istədiyi əraziləri müşahidə edəcək yeni radar sisteminin də yaxın aylarda sınaqdan keçiriləcəyini bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm