Putinin sözündən çıxanlar məsuliyyətə cəlb olunacaq - QANUN
Bizi izləyin

Dünya

Putinin sözündən çıxanlar məsuliyyətə cəlb olunacaq - QANUN

Rusiya Dövlət Dumasına prezidentin fərmanları, sərəncamları və tapşırıqlarına əməl edilməməsinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsi daxil edilib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəd parlamentin aşağı palatasının saytında dərc edilib.

Qanunu pozanlar iki milyon rubldan (təxminən 37 min dollar) üç milyon rubla (təxminən 74 min dollar) qədər cərimə ediləcək. Həmçinin, qanunu pozanların üç il müddətində dövlət xidməti ilə bağlı vəzifələri tutması qadağan olunur.

Sənədin izahedici qeydində bildirilir ki, prezidentin imzaladığı fərmanlar və sərəncamların, həmçinin verdiyi tapşırıqların 40 faizə qədəri yerinə yetirilməmiş qalır. Xüsusi halda, Vladimir Putinin 2012-ci ilin mayında verdiyi fərmanlar icra edilməyib.

Hökümət 2015-ci ilin mayında “may fərmanları”nın icrası vəziyyəti ilə bağlı hesabat verib. Bildirilib ki, 168 tapşırıqdan 137-si yerinə yetirilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm