ABŞ-dan kürdlərə pis xəbər gəldi
Bizi izləyin

Dünya

ABŞ-dan kürdlərə pis xəbər gəldi

ABŞ Konqresinin yuxarı palatası olan Senatdan kürdlərə pis xəbər gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD terror təşkilatına qarşı döyüşən Peşmərgə güclərinə birbaşa silah yardımını nəzərdə tutan qanun layihəsi Senatdan keçməyib.

Qanun layihəsinin lehinə 54, əleyhinə isə 45 senator səs verib. Amerika qanunvericiliyinə görə, hərbi xarakterli qanun layihələrinin qəbulu üçün Senatın 60 üzvü onların lehinə səs verməlidir.

Qanun layihəsinin əleyhinə çıxan senatorlar kürdlərə birbaşa silah verilməsinin İraqın bütövlüyünə zidd olduğunu və hərbi yardımların Bağdad üzərindən edilməsinin daha doğru olacağını bildiriblər.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 30-da kürd bölgəsi ilə sünni güclərə 715 milyon dollarlıq hərbi yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 715 milyon dollarlıq silah dəstəyinin ən azı 25 faizi Peşmərgə gücləri və yerli sünni təhlükəsizlik güclərinə birbaşa göstərilməli idi.

Silahların qalan hissəsi İraq hökumətinin demokratik addımlar atıb-atmadığı nəzərə alınaraq ABŞ Xarici və Müdafiə Nazirliklərinin razılığından sonra göndərilməli, İraq hökumətinin meyarlara uyğun gəlməyəcəyi halda qalan silahların 60 faizi də Peşmərgə gücləri və sünni qruplara verilməli idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm