Ankaradan “kürd dəhlizi”nə 7 maddəlik həll paketi - SİYAHI
Bizi izləyin

Dünya

Ankaradan “kürd dəhlizi”nə 7 maddəlik həll paketi - SİYAHI

Ankara Suriyanın şimalında yaradılması planlaşdırılan “kürd dəhlizi”nə qarşı 7 maddəlik həll paketi hazırlayıb.

Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, həll paketində aşağıdakı maddələr yer alıb.

-Sərhəddə ən qısa müddətdə təhlükəsiz və uçuşa qadağan bölgə yaradılmalı.

- İŞİD-in geri çəkildiyi ərazilərdə Azad Suriya Ordusu yerləşdirilməli.

- Ərəb və türkmanlara qarşı həyata keçirilən etnik təmizliyin qarşısı alınmalı.

- Suriyanın ərazi bütövlüyü qorunmalı.

- Qaçqınların doğma yurd-yuvalarına qayıdışı təmin edilməli.

- Beynəlxalq cəmiyyət daha məsuliyyətli davranmalı.

- Suriyada müvəqqəti hökumət qurulmalı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm