Suriyanın indiki halı: ölkə dörd yerə bölünüb – XƏRİTƏ
Bizi izləyin

Dünya

Suriyanın indiki halı: ölkə dörd yerə bölünüb – XƏRİTƏ

2011-ci ildən bu yana vətəndaş müharibəsinin davam etdiyi Suriyanın siyasi xəritəsi bu ölkənin “mikro dövlətçiklərə” bölündüyünü ortaya qoyur.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu) əli ilə Suriyanın şimalında bir “kürd dəhlizi”nin yaradılmasını sürətləndirdiyi bir dövrdə ölkənin 4 hissəyə bölündüyü açıq şəkildə görünür.

Hazırda ölkənin şimalında kürdlər, şərqində İŞİD, qərb və cənubunda Dəməşq rejimi, son zamanlarda güclərini birləşdirən müxalifət gücləri isə Hələb və İdlib arasındakı ərazilərdə hakimiyyətlərini qurub. Müxalifət və Əsəd rejimi arasında Moskvada mayın 5-də başlayan danışıqlarda da istənilən nəticənin əldə olunmaması qarşıdurmaları və xaricdən dəstəklənən planların icrasını yenidən sürətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm