Sahibsiz itlər hökuməti iki milyon ziyana saldı
Bizi izləyin

Dünya

Sahibsiz itlər hökuməti iki milyon ziyana saldı

Rusiyada sahibsiz itlər Zabaykalye vilayəti və Çita şəhər administrasiyasını 2 milyon rubl ziyana (təxminən 37,2 min dollar) salıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Çita şəhərinin İnqodinski rayon məhkəməsi uşağı itlər tərəfindən parçalanan ananın xeyrinə iki milyon rubl kompensasiyasının ödənilməsi barədə qərar qəbul edib.

Beləliklə, Zabaykalye vilayəti höküməti və Çita şəhərinin administrasiyasının hər biri uşağın anasına bir milyon rubl ödəməli olacaq.

Hadisə bu ilin 13 martında baş verib. Çitada doqquz yaşlı oğlanın cansız bədəni aşkar edilib. Onun sahibsiz itlər tərəfindən parçalandığı müəyyənləşdirilib. Yerli güc strukturlarının nümayəndələri hadisə yerinin müayinəsi zamanı sahibsiz itlərin hücumuna mərzu qalıb. Nəticədə polis silah tətbiq etməli olub. Həmin gün Çitada sahibsiz itlərin ovlanması məqsədi ilə xüsusi rejim tətbiq edilib.

Məhkəməyə müraciət edən ana isə yerli hakimiyyət orqanlarını sahibsiz itlərlə mübarizə aparmamaqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm