“Qəddafinin qızı” İstanbul sakininə 137 min dollar “atdı”
Bizi izləyin

Dünya

“Qəddafinin qızı” İstanbul sakininə 137 min dollar “atdı”

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Ayişə Qaddafinin adından istifadə edən afrikalı fırıldaqçılar pul qazanmaq üçün ağıllara gəlməyəcək bir yola əl atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qəddafinin “qızı”nın qurbanı bu dəfə bir İstanbul sakini olub.

İstanbul sakini O. T.-nin mobil telefonuna bir mesaj göndərilib. Mesajı göndərən Qəddafinin qızı Aişə Qəddafi olduğunu bildirib. O. T. mesajın sahibinin Ayişə Qəddafi olduğunu düşünərək ona cavab verib.

Qısa müddət sonra Qəddafinin ”qızı”ndan ikinci mesaj gəlib: “Salam, mən Ayişə Qəddafi, Liviya lideri Müəmmər Qəddafinin qızıyam. Köməyinizə ehtiyacım var. Xəzinəm Qanada bir təhlükəsizlik şirkəti tərəfindən gizli saxlanılır. Xəzinəni başqa ölkəyə çıxarmalıyam. Əlavə məlumat verəcəyəm. E-mail ünvanınızı yazsanız, oradan xəbərləşərik”.

O. T. e-mail vasitəsilə “Ayişə” ilə əlaqə yaradıb. O.T.-ya son olaraq göndərilən məktubda deyilirdi: “Yüz kiloqramlıq qızıl külçələrim və 9,5 milyon dollarlıq sərvətim Qanada ACF təhlükəsizlik şirkətindədir. Sərvətimi Afrikadan çıxaranda onun 30 faizini sizə verəcəyəm. Mənə bank hesabınızla bağlı məlumat yazın. Mən də təhlükəsizlik şirkəti ilə bağlı məlumatları verəcəyəm”.

“Ayişə”nin növbəti mesajında isə bildirilib ki, ona pulu göndərmək istəsə də, sənədlərlə bağlı problem yaranıb. Qəddafinin “qızı” problemin aradan qaldırılması üçün pula ehtiyacın olduğunu bildirib və qeyd edib ki, həmin pul xəzinədən onun üçün ayrılan pula əlavə ediləcək. O. T. ona deyilən hesaba 4 dəfə ümumilikdə 375 min lirə (təxminən 137 min dollar) göndərib. Bir müddət sonra aldadıldığını başa düşən O. T. polisə müraciət edib. Hadisə ilə əlaqədar istintaq başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm