Venesueladakı aksiyalarda 20 nəfər həlak olub
Bizi izləyin

Dünya

Venesueladakı aksiyalarda 20 nəfər həlak olub

Venesueladakı aksiyalarda 20 nəfər həlak olub

Sosial ədalətsizliyə qarşı etiraz edən əhali polislə toqquşub.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Venesuelada polislə sosial həyatlarından narazı etirazçılar arasında toqquşmalar davam edir.


Rəsmi mənbələr həlak olanların sayının 20 nəfərə çatdığını xəbər verir. Həlak olanlar arasında Venesuela Milli Qvardiyasının hərbi qulluqçusunun da olduğu bildirilir. Onun odlu siladan açılan atəşlə qətlə yetirildiyi müəyyən olunub.


Ölkədəki qeyri-sabitliyə görə, ABŞ-ı ittiham edən Venesuela prezidenti Nikolas Maduro bu ölümlərin cəzası qalmayacağını bildirib.


Xatırladaq ki, inflyasiyanın yüksək həddə çatdığı Venesuelada zəruri ərzaq məhsullarının qıtlığı yaranıb.

Son dövrlər ölkədə cinayətkarlığın səviyyəsində də kəskin sıçrayış müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm