• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kadırov: “Bütün kişilər arvadlarını aldadırlar”

  • Dünya
  • 18 İyun 2015 13:10
  • 427 Baxış
Kadırov: “Bütün kişilər arvadlarını aldadırlar”

“Çoxarvadlılıq çox yaxşıdır, amma çoxlu məşuqəyə malik olmaq pisdir. Əgər mən çoxarvadlılığa qarşı çıxış edərəmsə, o halda müsəlman deyiləm”.

Publika.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İnterfaks” agentliyinə müsahibəsində deyib.

“Dinimizdə çoxarvadlılığa icazə verilib. Təbii ki, sağlamlığın və maddi durumun buna imkan verirsə. Çoxarvadlılıq ona görə lazımdır ki, insanın məşuqələri olmasın. Çoxları hesab edirlər ki, çoxarvadlılıq qorxuludur. Amma mən deyirəm: mənə heç olmasa bir kişini göstərin ki, bir neçə məşuqəsi olmasın. Belələri yoxdur. Bütün kişilər arvadlarını aldadırlar. Amma mən heç vaxt öz xanımını aldada bilmərəm”.

Çeçenistan prezidentinin sözlərinə görə, çoxarvadlılıq Rusiyadakı demoqrafik problemi də həll edə bilərdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR