İngilis tələbə kosmosun ilk uşağını dünyaya gətirəcək
Bizi izləyin

Dünya

İngilis tələbə kosmosun ilk uşağını dünyaya gətirəcək

Mars planetinə yerləşmək və Yer kürəsinə bir daha dönməmək istəyən astrofizik tələbə Maggie Leu kosmosda uşaq dünyaya gətirmək niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ingilis tələbə “Mars One” şirkətinin Marsa göndərəcəyi qrupda yer alacağı halda kosmosda uşaq dünyaya gətirən ilk qadın olacaq.

“Qırmızı planet”də koloniya qurmaq istəyən şirkət layihəsini 2012-ci ildə açıqlayıb. Layihənin dəyərinin 6 milyard dollara çatacağı gözlənilir. Son məlumata görə, şirkətə 200 min nəfər müraciət edib.

Seçiləcək qrup 9 il ərzində müxtəlif təlim və sınaqlardan keçiriləcək. Qrup 2024-cü ildə Marsa uçacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm