• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ali Rada Poroşenkoya qələbə qazandırdı

  • Dünya
  • 18 İyun 2015 16:11
  • 314 Baxış
Ali Rada Poroşenkoya qələbə qazandırdı

Ukrayna Təhlükəsizlik Xidməti ilə prezident Pyotr Poroşenko arasındakı qarşıdurma ikincinin qələbəsi ilə başa çatıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenkonun işindən uzaqlaşdırılması ilə bağlı Ukrayna prezidentinin Ali Radaya göndərdiyi qətnamə layihəsi qəbul edilib.

Qətnamə layihəsi 248 deputat tərəfindən dəstəklənib. Yalnız 8 deputat layihəyə qarşı çıxıb.

Məlumata görə, Poroşenko Nalivayçenkoya Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyindən istefa verərək xarici kəşfiyyat xidmətinə rəhbərlik etməsini təklif edib. Lakin Nalivayçenko prezidentin təklifini daha aşağı vəzifəyə salınması kimi qəbul edib və Poroşenkoya mənfi cavab verib. Bundan sonra isə Poroşenko məsələni Ali Radaya həvalə etməyə məcbur olub.

“Unian.net” saytına danışan mənbə qeyd edib ki, Poroşenko iyunun 17-də parlament fraksiyalarının liderlərini görüşünə çağırıb. Qeyri-rəsmi versiyaya görə, görüşdə Nalivayçenkonun istefası müzakirə edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR