Gürcüstandakı soydaşlarımız daşqından zərərçəkənlərə yardım ediblər - FOTOLAR
Bizi izləyin

Dünya

Gürcüstandakı soydaşlarımız daşqından zərərçəkənlərə yardım ediblər - FOTOLAR

Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsi iyunun 15-də Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərərçəkmiş ailələrə yardım məqsədilə kampaniyaya başlayıb.

Publika.az xəbər verir ki, aksiya çərçivəsində toplanan humanitar yardım - ərzaq, təmizlik, gigiyena və digər məhsullar toplanaraq ehtiyacı olan ailələrə təqdim edilib.

Yardımın təqdim olunması zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər bildirib ki, bu, kampaniyanın başlanğıcıdır, Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən kömək və müəyyən tədbirlərin görülməsi davam etdiriləcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm