Yanukoviç infarkt keçirib, vəziyyəti ağırdır
Bizi izləyin

Dünya

Yanukoviç infarkt keçirib, vəziyyəti ağırdır

İnternetdə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılıb.

O, hazırda Moskvadakı xəstəxanalardan birinə yerləşdirlib.

"Moskovstkiy komsomolets" qəzetinin yazdığına görə, eks-prezidentin vəziyyəti ağırdır: "O, infarkt olması ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Hələlik xəbər rəsmi şəkildə təsdiqlənməyib".

Ukraynanın UNİAN agentliyi isə Yanukoviçin dünyasını dəyişdiyi barədə xəbər yayıb.

Qeyd edək ki, eks-prezident sonuncu dəfə publika qarşısına fevralın 28-də Rostov şəhərində keçirdiyi mətbuat konfransı zamanı çıxıb.

Bundan sonra partiyadaşları və yaxın ətrafı eks-prezidentin onlarla əlaqə saxladığını təsdiqləməyiblər./Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm