“İşin yoxdur” deyərək ərindən ayrılan qadına həyat dərsi
Bizi izləyin

Dünya

“İşin yoxdur” deyərək ərindən ayrılan qadına həyat dərsi

Türkiyənin İz­mir şəhərinin sakini Se­dat. K. ilə E.Ş. 5 il əvvəl evlənib. Bir müddət sonra Se­dat. K.-­nın iş­siz qal­ma­sı ailədə münasibətləri gərginləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, maddi problemlərə dözə bilməyən E.Ş. ərindən bo­şan­maq qərarına gəlib.

An­cak Se­dat. K. iş tapacağı barədə sö­z verib və qadın boşanma qərarından vaz keçib. Ancaq Se­dat. K. iş tapa bilməyib və gənc qadın ev­dən ayrılaraq bir başqa kişinin evinə yerləşib. Həyat yoldaşının başqa bir kişinin yanına getdiyini öyrənən Sedat. K. dərhal boşanıb.

Se­dat. K. dostu ilə birgə ticarətlə məşğul olmağa başlayıb. Yaxşı pul qazanan Sedat. K. keçmiş həyat yoldaşını tapmaq qərarına gəlib. O, istəyinə çatsa da, keçmiş həyat yoldaşının 15 ay­lıq oğ­lunun ol­du­ğu­nu öyrənib.

Həyatına E.Ş. olmadan davam etdirməyə qərar verən gənc adam keçmiş qaynanasından aldığı xəbərlə şok olub. Keçmiş həyat yoldaşının ağır xəstə olan oğlu Kanadada müalicə olunmalı idi.

Sədat. K. qa­zan­dı­ğı 150 min li­rəni körpənin müalicəsi üçün xərcləməyə qərar verib. Atası S. Y. ilə Kanadaya yola salınan körpə 2 ay sonra sağlamlığına qovuşur.

Sədat. K.-nın insanlıq dərsi bununla da bitməyib. Sənədsiz silah daşıdığına görə 6 min lirə cərimə olunan S.Y. pulun ödənilməyəcəyi halda həbs olunmalı idi. Sedat. K. həmin pulu da ödəyərək keçmiş həyat yoldaşı ilə dini nikahla yaşayan S.Y.-yi həbsdən xilas edib.

“İşin yoxdur” deyərək ərindən ayrılan qadın bütün bunlardan təsirlənərək Sədat. K.-nın yanına qayıtmaq istəyib. Ancaq Sədat. K. keçmiş həyat yoldaşını qəbul etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm