Məhkəmə döyməyə görə uşaq əmizdirməyi qadağan etdi
Bizi izləyin

Dünya

Məhkəmə döyməyə görə uşaq əmizdirməyi qadağan etdi

Avstraliya məhkəməsi bədənində döymələr olan 20 yaşındakı anaya 11 aylıq körpəni əmizdirməyi qadağan edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Sidney məhkəməsinin hakimi Metyu Myers qərarını körpənin infeksiyaya yoluxma ehtimalının olması ilə izah edib.

Adı açıqlanmayan anada tibbi testlər zamanı hər hansı bir virusa rast gəlinməyib. Ancaq hakim bildirib ki, testlərin nəticələri hələ son deyil və körpə üçün təhlükə qalmaqdadır.

Məlumata görə, məhkəməyə 11 aylıq körpənin atası şikayət edib. Həyat yoldaşından ayrılan ata ananın psixi problemlərinin olduğunu və narkotik maddələrdən istifadə etdiyini bildirib.

Ana qərarla bağlı Sidney Ailə Məhkəməsinə şikayət edib.

Avstraliya Ana Südü ilə Qidalanma Dərnəyi döymələrdən infeksiya yoluxma riskinin çox az olduğunu bildirərək məhkəmənin qərarını tənqid edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm