Evini təmir etdirdi, yeraltı şəhər tapdı - FOTOLAR
Bizi izləyin

Dünya

Evini təmir etdirdi, yeraltı şəhər tapdı - FOTOLAR

Türkiyədə 3000 il yaşı olan qədim şəhər tapılıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin qalıqları Türkiyənin Dərinquyu adlanan hissəsində tamamilə təsadüfən tapılıb. 1963-cü ildə evini təmir etdirmək istəyən bir şəxs divarı uçurarkən yerin altına gedən yol tapıb.

Məlum olub ki, 80 metr dərinlikdə şəhər yerləşir və burada təxminən 20 min nəfər insan yaşayıb. Burada həyat üçün hər şey var: yaşayış evləri, mətbəx, anbar, mağaza, məktəb, məscid və s. Yeraltı şəhərin küçələri o qədər dolaşıqdır ki, turistlər azmamaq üçün yalnız bir hissəyə buraxılır. Küçələr daşla döşənib və düşməndən qorunmaq üçün gizli yerlər, hətta xəlvət tunellər də var.

Eramızdan əvvəl 8-ci əsrə qədər burada yaşayış olub və təxminən min il yeraltı şəhər haqqında heç kim xəbər tutmayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm