• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Planetin ən yaşlı insanı öldü

  • Dünya
  • 19 İyun 2015 06:52
  • 497 Baxış
Planetin ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı qəbul edilən şəxs həyata gözlərini əbədi olaraq yumub.

Planetin ən yaşlı insanı hesab edilən ABŞ-lı Jeralin Talli 116 yaşında dünyasını dəyişib.

Ötən ay Miçiqandakı evində 116 yaşını qeyd edən Tallinin ağciyərində yaranan narahatlıqlar səbəbilə müalicə olunduğu xəstəxanada vəfat edib.

1899-cu ildə Montros şəhərində dünyaya göz açan Talli 1930-cu ildən etibarən Miçiqana yerləşib. Onun həyat yoldaşı isə 1988-ci ildə 95 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, indiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə fransalı qadın Jan Luiz Kalmandır. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR