• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dəmirəldən Ərdoğana son tövsiyə: “Bunu etsəniz, itirərsiniz”

  • Dünya
  • 19 İyun 2015 07:13
  • 1 653 Baxış
Dəmirəldən Ərdoğana son tövsiyə: “Bunu etsəniz, itirərsiniz”

İki gün əvvəl dünyasını dəyişən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin onu ziyarət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi son tövsiyəsi ortaya çıxıb.

Publika.az “Haberturk”ə istinadən xəbər verir ki, mərhum prezident Ərdoğana deyib ki, “Milləti naharat etməyin, milləti narahat edən itirər”.

Ərdoğan 5 yanvar 2015-ci il tarixində Dəmirəli evində ziyarət edib.

“Türkiyənin gənc prezidentisiniz, işiniz çətindir. Allahın sizə və türk xalqına yardım etməsini diləyirəm. Prezident fövqəladə əhəmiyyətli bir postdur. Amma bir şeyi səhv edirsiniz, millətlə döyüşürsünüz. Millətlə döyüşməzlər. Əgər millətlə döyüşsəniz, bu döyüşü millət qazanar, siz itirərsiniz. Mən bunu bir tövsiyə olaraq söyləyirəm”, - Süleyman Dəmirəl deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR