Qaçqınların sayı açıqlandı
Bizi izləyin

Dünya

Qaçqınların sayı açıqlandı

2014-cü ildə dünya üzrə azı 59,5 milyon nəfər ya qaçqın, ya da məcburi köçkün vəziyyətinə düşüb. Onların 19,5 milyon nəfəri qaçqınlar, 38,2 milyon nəfəri məcburi köçkünlər, 1,8 milyon nəfəri isə sığınacaq istəyənlərdir. Qaçqın və məcburi köçkün ordusunun yarıdan çoxunu yetkinlik yaşına çatmayanlar təşkil edir.

Publika.az xəbər verir ki, bu faktlar BMT-nin qaçqınların işi üzrə baş komissarının idarəsinin iyunun 18-də yayılan illik məruzəsində yer alıb. Sənəddə göstərilən rəqəmlər indiyə qədər qeydə alınan göstəricilər arasında ən yüksək nəticə olub. Məsələn, 2013-cü ildə bütün dünyada silahlı münaqışələr səbəbindən qaçqın və məcburi köçkün vəziyyətinə düşənlərin sayı bundan 8,3 milyon nəfər az – 51,2 milyon nəfər təşkil edib.

BMT-nin məlumatına görə, məcburi köçkünlərin sayının kəskin artması 2011-ci ildə Suriyada silahlı münaqişənin başlaması ilə əlaqədardır. Məhz bu ölkədə ən çox sayda insan evini tərk etməyə məcbur olub (3,8 milyon nəfər qaçqın və 7,6 milyon nəfər məcburi köçkün).

Suriyanın ardınca ən çox qaçqın sayı Əfqanıstanda (2,59 milyon nəfər) və Somalidə (1,1 milyon nəfər) qeydə alınıb. Sonrakı yerləri Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Myanma, Mərkəzi Afrika Respublikası, İraq və Eritreya tutur.

Qaçqınların təxminən 86 faizi inkişaf etmiş ölkələrdə sığınacaq tapıb. BMT-nin qaçqınların işi üzrə baş komissarının idarəsi 2014-cü ildə yalnız 126,8 min nəfəri vətəninə qaytara bilib. Bu rəqəm son 31 ilin ən aşağı göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm