Baş nazirin xanımı ərini təhdid etdi: imzalasan...
Bizi izləyin

Dünya

Baş nazirin xanımı ərini təhdid etdi: imzalasan...

Yunanıstanın baş naziri Aleksis Çiprasın Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Birliyi ilə kredit mövzusunda razılaşmamasında əsas əngəl onun həyat yoldaşı Peristera Bazianadır.

Publika.az xəbər verir ki, “The Times” qəzetinin internet saytında dərc olunan yazıda baş nazirin həyat yoldaşının onu tərk etməsindən qorxduğu bildirilib.

İddia edilir ki, baş nazirlə rəsmi nikahda olmayan Peristera BVF və Avropa Birliyi ilə razılaşmanın imzalanacağı halda Çiprası tərk etməklə təhdid edir. Gənclik illərində Kommunist Partiyasının üzvü olan Baziananın Çiprasdan daha solçu fikirlərə sahib olduğu deyilir.

28 ildir bir yerdə olan və rəsmi nikaha müsbət yanaşmayan Çipras ilə Baziana 1987-ci ildə tanış olub. Orta məktəb illərindən solçu qrupların üzvü olan cütlüyün 2 oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm