“Milləti “facebook”a yedirtməyəcəyik”-Ərdoğan 30 martdan sonra hərəkətə keçəcək
Bizi izləyin

Dünya

“Milləti “facebook”a yedirtməyəcəyik”-Ərdoğan 30 martdan sonra hərəkətə keçəcək

“Milləti “facebook”a yedirtməyəcəyik”-Ərdoğan 30 martdan sona hərəkətə keçəcək

Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan 30 mart bələdiyyə seçkilərindən sonra camaata qarşı hərəkətə keçəcəklərinin anonsunu verib. Baş nazir bildirib ki, hazırda bu məsələyə ədalətli hüquqi qiymət vermək çətindir, amma seçkidən sonra Gülən icmasına qarşı qanun dayanacaq.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, R. T. Ərdoğan bildirib ki, paralel dövlət məsələsi xalqı birləşdirib. Onun sözlərinə görə, müxalifət də bir tərəfdən fotomontaj deyirlər: “Onlar bununla başlarını qarışdırsınlar. 30 mart axşamı montajı görəcəklər”.

KOÇ holdinqinə görüşü Bərzaninin təşkil etdiyi haqqında deyilənlərə münasibətində baş nazir bildirib ki, bu şirkətin Şimali İraqda yatırımları var: “Bu görüşmək təklifi də Ali bəydən gəldi (KOÇ qrupu-red). Mustafa bəy də burda olunca gəlsinlər dedik. Gəldilər.

Lakin deyilənlərlə bağlı, eləcə də Uqandada neft ayırma mədəni ilə bağlı danışıqlar olmadı. Amma görüş məsələsi Aydın Doğan üçün çətindir. Bərzani də ola bilməz. Daha fərqli yerləri araya salması lazımdır. Hazırki siyasətləri ilə əxlaqdan uzaq yollara gedirlər”.

Casusluq məsələsinə də toxunana Ərdoğan bildirib ki, yüz minlərlə insan dinlənilib. Bir çox CD-lərin qaçırıldığını deyən Baş nazir 30 mart seçkilərindən sonra bununla məşğul olacaqlarını açıqlayıb.

“Dinləyirlərsə dinləsinlər. Kriptolu teflondan da istifadə etmirəm daha. Normal xətdən danışıram. Bunların da məsələsinə baxacağıq. Montajlar yayırlar. Xalq bilmir ki, bu montajdır. İnsanların arzulamadığı şeylərlə vururlar. İnsanları həyat yoldaşlarından ayırırlar, ailələr dağılır. İnternetlə bağlı qanunu gündəmə gətirdilər. məlum çevrələr üsyan etdi. Edə bildiyim qədər də etdik. Bu məsələ ilə bağlı da 30 martdan sonra bəzi addımlarımız olacaq. Youtube deyirlər. dünya bilmirəm bunlara nə deyir. Amma bizim qərarımız var. Milləti Youtube, “facebook”a yedirtməyəcəyik. Bağlanmaları da daxil olmaqla lazım olan hər şey ediləcək”.

Fətullah Gülənlə bağlı Barak obama ilə danışıqlarının olduğunu deyən Ərdoğan bildirib ki, bu məsələyə ümid bəsləyir: “Lazım olan hər şeyi dedim. Problemləri yaradan şəxs sizdədir dedim. Daxili sabitliyimizi təhdid edənlər sizdədirsə, siz də ortaya lazımı münasibət qoymalısınız. Siz necə məndən istəyirsiniz, mən də bunları istəmək haqqına sahibəm dedim. Mesaj alınmışdır dedi, məsələyə normal baxdı. Qırmızı bülleten niyə olmasın ki”.

Qeyd edək ki, Ərdoğan qırmızı bülleten dedikdə F. Gülənin İnterpol vasitəsilə axtarışa verilməsini nəzərdə tutur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm