İsrail prezidenti Ərdoğana başsağlığı verdi
Bizi izləyin

Dünya

İsrail prezidenti Ərdoğana başsağlığı verdi

İsrail prezidenti Reuven Rivlin Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə İsrail prezidentinin mətbuat xidməti açıqlama yayıb.

R.Rivlinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığında qeyd olunur:

“İsrail xalqı adından Türk xalqına və mərhumun ailəsinə Allahdan səbir və başsağlığı diləyirəm. Süleyman Dəmirəl Ankaraya səfər edən İsrail prezidentini ilk qarşılayan Türkiyənin dövlət başçısı olub. Mərhum, İsrail və Türkiyə xalqları arasında münasibətlərin inkişafına böyük töhfələr verib. Odur ki, Süleyman Dəmirəl kimi böyük dövlət xadimi və prezident uzun illər xatirələrdə yaşanacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm