Mosul həkimləri Bağdadinin biət tələbini rədd etdilər
Bizi izləyin

Dünya

Mosul həkimləri Bağdadinin biət tələbini rədd etdilər

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində çalışan həkimlərin liderləri Əbubəkr əl-Bağdadiyə biət etmələrini istəyib.

Publika.az “Rudaw” saytına istinadən xəbər verir ki, həkimlər terror təşkilatının tələbinə rədd cavabı veriblər.

Mosuldan sayta danışan bir mənbənin sözlərinə görə, İŞİD Bağdadiyə biət etməyi rədd edən həkimləri maaşlarını kəsəcəyi ilə hədələyib. “Bizim işimiz insanlara xidmət etməkdir. Din və ya siyasətlə heç bir əlaqəmiz yoxdur”, - həkimlər bildiriblər.

Məlumata görə, İŞİD daha əvvəllər təşkilata yardım etməkdən boyun qaçıran həkimləri öldürüb. Təşkilat Mosul şəhərində indiyə qədər xeyli sayda jurnalist, həkim, müəllim, imam və polisə qarşı müxtəlif ittihamlar irəli sürərək onları edam edib.

İraqın ikinci böyük şəhəri olan Mosul 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm