Mətbuat konfransında növbəti dəfə ayaqqabı atıldı – VİDEO
Bizi izləyin

Dünya

Mətbuat konfransında növbəti dəfə ayaqqabı atıldı – VİDEO

Cenevrədə Yəmənlə bağlı müzakirələrə qatılan “Ensarullah” hərəkatının (husilər) nümayəndəsi Hamza Əl-Husiyə mətbuat konfransında ayaqqabı atılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ayaqqabını yəmənli qadın jurnalist atıb.

Husilərin nümayəndə heyətinin başçısı Hamza Əl-Husiyə etiraz edən jurnalist “Siz Yəməni təmsil etmirsiniz” deyərək qışqırıb. Qadın jurnalist təhlükəsizlik əməkdaşları tərəfindən çölə çıxarılıb.

Yəmənli digər bir etirazçı isə ölkəsinin bayrağını qaldıraraq husilərin Yəməni məhv etdiyini deyib. Hamza Əl-Husinin üzərinə getmək istəyən etirazçı təhlükəsizlik əməkdaşları tərərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm