Nepal zəlzələsi Everesti 3 santimetr uzatdı - FOTO
Bizi izləyin

Dünya

Nepal zəlzələsi Everesti 3 santimetr uzatdı - FOTO

Aprelin 25-də səhər saatlarında Nepalın paytaxtı Katmandudan 82 kilometr şimal-qərbdə baş vermiş 7,9 bal gücündə zəlzələdən sonra dünyanın ən yüksək dağı sayılan Everestin hündürlüyü 3 santimetr artıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Çinin Xəritə Komitəsi yayıb. Çin alimləri araşdırmalardan sonra Nepal zəlzələsinin Everest dağının hündürlüyünə təsir göstərdiyini açıqlayıblar.

Qeyd edək ki, alimlər zəlzələdən əvvəl Everest dağının 4 santimetr şimala tərəf sürüşdüyünü açıqlamışdılar. Dünyanın ən hündür dağı ümumilikdə son 10 ildə 40 santimetr şimala tərəf sürüşüb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm