ABŞ: “Bu, Rusiyaya böyük itkilər gətirəcək”
Bizi izləyin

Dünya

ABŞ: “Bu, Rusiyaya böyük itkilər gətirəcək”

“Ukraynada münaqişənin davamı özü ilə Rusiyaya daha böyük itkilər gətirəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi brifinqdə bildirib.

“Ukraynada əlavə ərazilərin tutulması üçün göstərilən istənilən cəhdlər Rusiyaya böyük itkilər gətirəcək. Vaşinqton Marinka ərazisində Ukrayna ordusunun mövqelərinə separatçıların hücumları barədə xəbərlərdən narahat olub. Şirokino və Mariupol istiqamətində Minsk razılaşmaları ilə qadağan olunan ağır silahlardan istifadə olunub. Rusiya bütün bunlara görə birbaşa məsuliyyət daşıyır”, - Kirbi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm