ŞOK: İstanbulun mərkəzində “Xilafət” yürüşü
Bizi izləyin

Dünya

ŞOK: İstanbulun mərkəzində “Xilafət” yürüşü

“Hizb ut-Tahrir” radikal vəhhabi təşkilatı İstanbulun mərkəzində yürüş edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 2 min nəfərin qatıldığı yürüşdə “xilafət” çağırışları edilib.

Fatih Məscidində cümə namazından sonra toplanan izdiham Fevzi Paşa prospekti ilə hərəkət ediblər. Yürüş zamanı prospektdə nəqliyyatın hərəkəti tamamilə dayanıb. Ağ-qara rəngdə tövhid bayrağı daşıyan izdiham Saraçhane Parkına qədər hərəkət edib.

Parkın ön hissəsində kişilər, arxa hissəsində də qadınlar toplanıb. Təkbir gətirən izdiham “Türkiyədən Misirə, İndoneziyadan Mərakeşə, Livandan Kürdüstana xilafət, xilafət” şüarları səsləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm