Virus Cənubi Koreya prezidentinin reytinqini aşağı salıb
Bizi izləyin

Dünya

Virus Cənubi Koreya prezidentinin reytinqini aşağı salıb

Cənubi Koreya Prezidenti Pak Kın Henin reytinqi ölkədə 24 nəfərin ölümünə səbəb olan MERS virusunun yayılması fonunda 29 faizə qədər aşağı enib.

Publika.az BBC telekanalına istinadla xəbər verir ki, “Gallup” sosioloji kompaniyasının məlumatına əsasən, iki həftə ərzində prezidenti dəstəkləyən ölkə vətəndaşlarının sayı 10 faizə qədər azalıb. Onun fəaliyyətindən narazılığa əsas səbəb kimi koronovirusun yayılmasına gecikən reaksiyası göstərilir.

Pak Kın He 2013-cü ilin fevral ayında Cənubi Koreyanın prezidenti seçilib. Hazırkı reytinq onun prezident kimi fəaliyyətə başladığı müddətdən bəri populyarlığının ən aşağı göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm