35 nəfər spirtli içkidən öldü
Bizi izləyin

Dünya

35 nəfər spirtli içkidən öldü

Hindistanın Mumbay şəhərində zəhərli spirtli içkidən ən azı 35 nəfər ölüb.

Publika.az-ın məlumatına görə, bu barədə yerli polis xəbər yayıb. Məlumata görə, Malad bölgəsində yerləşən gecəqondu sakinləri spirtli içki qəbul etdikdən sonra həkimə müraciət ediblər. Hazırda 20-dən çox insan hospitalda müalicə alır. Ölənlərin sayının artacağından ehtiyat edilir.

Hindistanda spirtli içkidən zəhərlənmə müntəzəm hal alıb, insanlar tez-tez ucuz alkoqol içirlər.

Sonuncu hadisəyə görə bir şübhəli şəxs saxlanılıb.

Spirtli içki qurbanlarından birinin arvadı, Tayra Xan, “Mid-Day” qəzetinə bildirib ki, əri, cümə axşamının səhəri hospitala yerləşdirilib. O, qusmadan və mədəsindəki ağrıdan şikayət edib.

“O, üç saat sonra vəfat etdi, məni və üç balaca uşağımı başsız buraxdı”, - qadın əlavə edib.

Yanvar ayında Hindistanın Uttar Pradeş ştatında zəhərli spirtli içkidən ən azı 29 nəfər həlak olmuşdu.

Keçmişdə də Hindistanda bir sıra digər toksik spirtli içkidən ölüm halları baş verib:

  • 2011-ci ildə Şərqi Benqal ştatında təxminən 170 nəfər həlak olmuşdu
  • 2009-cu ilin sentyabr ayında Uttar Pradeşdə ən azı 30 nəfər ölmüşdü
  • 2009-cu ilin iyul ayında Qucaratda 100 nəfərdən çox adam ölmüşdü
Oxumağa davam et
Reklam
Reklam

Gündəm