AKP və MHP razılaşdı: Baxçalının alacağı postlar açıqlandı
Bizi izləyin

Dünya

AKP və MHP razılaşdı: Baxçalının alacağı postlar açıqlandı

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökümətinin qurulması mövzusunda razılaşıblar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Barış Yarkadaş deyib.

O, prezident Rəcəb Tayyib Ərdoğanın CHP-ni koalisyon hökümətində görmək istəmədiyini söyləyib. CHP-li millət vəkili MHP-nin Murat Başesgioğlunu daxili işlər naziri təyin olunması üçün AKP ilə sövdələşmə apardığını bildirib.

“MHP “HDP ilə koalisiyada olmayacağam” deməklə əslində AKP ilə bir koalisiyaya yaşıl işıq yandırır. Bütün bu müzakirələr gələn həftə parlament sədrliyinə seçkilərdə başa çatacaq. Əgər bu seçkilərdə MHP-nin namizədinə AKP səs versə və AKP namizədini irəli sürməsə, bu AKP və MHP-nin koalisiya quracağına dairən əhəmiyyətli işarədir. MHP-nin CHP ilə deyil, AKP ilə koalisiya qurmağa çalışdığı görünür”, -Barış Yarkadaş vurğulayıb.

O, MHP-nin daxili işlər naziri və parlament sədrindən əlavə, nəqliyyat, enerji və ədliyyə naziri postlarını, həmçinin baş nazir müavini postlarından ikisini istədiyini deyib. Onun sözlərinə görə, AKP MHP-nin bu istəkləri ilə razılaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm