• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Burada böyrək tapmaq problem deyil

  • Dünya
  • 20 İyun 2015 08:51
  • 440 Baxış
Burada böyrək tapmaq problem deyil

İraqdakı qeyri-sabit vəziyyət orqan mafiyasının işini də xeyli asanlaşdırıb.

Publika.az “Rudaw” saytına istinadən xəbər verir ki, Şimali İraqın kürd bölgəsində 2007-ci ildən bu yana qeyri-qanuni yollarla təxminən 2 min böyrək nəqli həyata keçirilib.

Xəstələrin orqan mafiyası vasitəsilə orta hesabla 11-12 min dollara böyrək aldığı bildirilir. Ancaq bəzi hallarda bu qiymət bir neçə dəfə yüksək ola bilər. Məsələn, “Rudaw”a danışan Cevher adlı xəstə orqan mafiyası ilə əlaqə yaradaraq 35 min dollara böyrək aldığını deyib.

Kürd bölgəsində qeyri-qanuni orqan nəqlinin qadağan olunmasına baxmayaraq, bir çox həkimlər bu işi gizli şəkildə həyata keçirirlər. Kürd muxtariyyətinin Səhiyyə Nazirliyi xəstələrə müraciət edərək xaricilərdən alınan böyrəklərin təhlükəli olduğunu bildirib. Nazirliyinin sözçüsü son vaxtlar qeyri-qanuni orqan ticarətinin artdığını və orqan mafiyasını izlədiklərinin deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR