Kameron müsəlmanları təhqir etdi
Bizi izləyin

Dünya

Kameron müsəlmanları təhqir etdi

Britaniya müsəlmanlarının bəziləri “İslam dövləti”nin radikal ideologiyasını gizli şəkildə bəyənirlər.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu fikri Slovakiyada keçirilən təhlükəsizlik üzrə konfransda çıxış edən ındaBöyük Britaniyanın baş naziri Devid Kameron səsləndirib.

Siyasətçi qeyd edib ki, islam dininə mənsub olan gənc nəsil arasında aktiv profilaktika işi həyata keçirmək lazımdır. Onun sözlərinə görə, Britaniya gənclərinin narazı nümayəndələri arasında “Qərb demokratiyası yanlış və pisdir”, “qadınlar ən aşağı varlıqlardır” və“homoseksualizm şərdir” kimi fikirlər üstünlük təşkil edir.

Britaniya baş nazirinin bu sözləri krallığın müsəlmanları arasında sərt reaksiya doğurub. “Ramadhan Foundation” İslam Tədqiqat Mərkəzinin icraçı direktoru Məhəmməd Şafik Kameronun sözlərinin “təhqiredici” adlandırıb. Leyborist deputat Yasmina Kureşi də baş nazirin çıxışını tənqid edib.

Qeyd edək ki, Böyük Britaniyada 2,7 milyon müsəlman (ölkənin əhalisi 64 milyondur) yaşayır. Polisin məlumatına görə, İŞİD terror təşkilatının nəzarəti altında olan ərazilərə 700 britaniyalı yola düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm