Barak Obama: “Bu, Amerika cəmiyyətinin xəstəliyidir”
Bizi izləyin

Dünya

Barak Obama: “Bu, Amerika cəmiyyətinin xəstəliyidir”

ABŞ prezidenti Barak Obama irqçiliyi Amerika cəmiyyətinin xəstəliyi adlandırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prezident Cənubi Karolina ştatının Çarlston şəhərində kilsəyə hücum nəticəsində qaradərili şəxslərin qətli ilə əlaqədar silahın daşınması haqqında qanunların sərtləşdirilməsini təklif edib.

“Qətlin motivi bizə aşkar göstərir ki, irqçilik Amerika cəmiyyətinin xəstəliyidir. Biz onunla birlikdə mübarizə aparmalıyıq. Silahın daşınması haqqında qanunvericilikdə islahatlar aparmaq lazımdır. Hər ölkədə zorakılığa meyllik və ya psixi cəhətdən sağlam olmayan insanlar var. Amma fərq odur ki, hər ölkədə tapançaları bu şəkildə asan əldə etmək olmur. Buna görə də başqa inkişaf etmiş ölkələrdə qətllərin bu cür səviyyəsi müşahidə olunmur”,- o qeyd edib.

Qeyd edək ki, iyunun 17-də ölkənin ən qədim kilsələrindən olan tarixi “Emanuel African Methodist Episcopal” kilsəsinə silahlı hücum olub. Hücumda 6 nəfər öldürülüb. Polis araşdırmalardan sonra hücum edən şəxsin ağdərili 21 yaşlı Dilanna Rufa olduğunu müəyyən edib və şübhəli həbs olunub.

Kilsəyə Afrika mənşəli amerikalıların getdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm