Deputat ölkənin ən böyük narkokartelinin başçısı ilə eşq yaşayır – İDDİA
Bizi izləyin

Dünya

Deputat ölkənin ən böyük narkokartelinin başçısı ilə eşq yaşayır – İDDİA

Meksikada “Sinaloa” narkotik şəbəkəsinin “Bəstəboy” (El Chapo) ləqəbli başçısı Xoakin Qusman ilə Sinaloa ştatından olan deputat Lusero Sançes Lopes arasında mümkün sevgi əlaqələri araşdırılır.

Publika.az xəbər verir ki, bu barədə “El Economista” nəşri bildirib.

İddiaya görə, Milli Hərəkat Partiyasından (PAN) olan deputat başqa adla həbsxanada narkokartelə baş çəkib. Mətbuatda Xoakin Qusmanın olduğu xüsusi rejimli həbsxanada Lopesin təsvir edildiyi fotoşəkillər dərc edilib.

Deputat isə mətbuat konfransında iddiaları böhtan adlandırıb.

Xoakin Qusman 20 il azadlıqdan məhrum edilmişdi. Narkotik ticarəti, rüşvətxorluq və bir sıra cinayətlərdə ittiham olunan “Bəstəboy” 1993-cü ildən 2001-ci ilə qədər həbsxanada olub. Sonra o, qaçmağı bacarıb və həmin vaxtdan axtarışdadır.

1989-cu ildə əsası qoyulan “Sinaloa” karteli ölkədə narkotik ticarəti ilə məşğul olan ən nüfuzlu şəbəkələrdən biridir. Hesab edilir ki, kartel Meksikadan ABŞ-a çatdırılan narkotiklərin üçdə birinə nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm