Zəif insanları döyüb, zorlayıb, öldürüb ətini yeyiblər – FOTOLAR
Bizi izləyin

Dünya

Zəif insanları döyüb, zorlayıb, öldürüb ətini yeyiblər – FOTOLAR

Bəzi insanların yaşadıqları kriminal mühit, habelə psixologiyalarındakı, şüurlarındakı pozuntular onların müxtəlif cinayətlərə imza atmalarının əsas səbəbləridir. Publika.az xəbər verir ki, ayrı-ayrı vaxtlarda dünyanın bir sıra ölkələrində günahsız insanları döyüb zorlayan, öldürdükdən sonra ətlərini yeyən bu manyaklar ən təhlükəli cinayətkarlar siyahısına başçılıq edirlər:

Albert Fiş – bu şəxs təkbaşına çalışan əsl hannibal idi. Bir neçə insanın ətini yemiş Albert həm də pedofil və satanist kimi tanınmışdı. O, cinayətlərini Nyu-Yorkda reallaşdırırdı. 10 yaşlı Qreys Budd adlı uşağı zorlayıb öldürmüş manyak ölüm cəzasına məhkum edilib.

Edvard Qeynin cinayət “menyu”sunda yeddi günahsız insanın adı var. O, xüsusən qadınları cəlbedici vasitələrlə yoldan çıxarıb zorlayırdı. İnsan dərisindən kabab çəkməyi sevən, adam əti ilə qidalanan bu qəddar cinayətkar ömürlük azadlıqdan məhrum edilib.

Satanist sektasına rəhbərlik etmiş Çarlz Menson “ailə” adlandırdığı cinayətkar dəstəsi ilə məşhur Hollivud aktrisası Şeron Teyti, rejissor Polanskinin həyat yoldaşını və bir neçə dostunu qətlə yetirməklə bu cinayətlərdən həzz alıb.

Devid Berkoviç altı insanı öldürərək onların can vermələrindən həzz alıb. Onun ölüm səhnəsini izləmək istədiyi 7-ci “ov”u ağır yaralanıb. Devid Berkoviçin sadəcə maraq və həvəs xatirinə həyata keçirdiyi silsilə cinayətləri Nyu-Yorkun bütün sakinləri arasında geniş rezonans doğurub.

İki azyaşlının qətlində günahlandırılan Teodor Bandi əslində 50-yə yaxın cinayət hadisəsinin iştirakçısı idi. O, ABŞ-ın ayrı-ayrı şəhərlərində onlarla gənc qızı zorlayıb qətlə yetirib. İki dəfə həbsxanadan qaçmış Bandi elektrik stulunda edam edilib.

Ceffi Damer həm zorlayır, həm işgəncə verir, həm də öldürürdü. O, 15 insanı xüsusi qəddarlıqla qətlə yetirərək onların ətini yeyib. Ceffi qətlə yetirdiyi insanların sümüklərini öz mənzilində saxlayırdı.

Özünü “Gecə ovçusu” adlandıran Riçard Ramirez Los-Ancelesdə saysız-hesabsız cinayətlərə imza atıb. 19 insanı qətlə yetirib. Riçard Ramirezin qalmaqallı məhkəmə prosesi ABŞ ictimaiyyəti tərəfindən xüsusi olaraq izlənib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm