• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

İŞİD türkmanların son qalasına hücum edir

  • Dünya
  • 20 İyun 2015 16:21
  • 378 Baxış
İŞİD türkmanların son qalasına hücum edir

İŞİD terror təşkilatı vətəndaş müharibəsinin davam etdiyi Suriyada türkmanların son qalasına hücuma keçib.

Publika.az “Timeturk”ə istinadən xəbər verir ki, terror təşkilatı Türkiyənin Öncüpınar sərhəd qapısının qarşısındakı Əs-Selame sərhəd qapısı ilə Hələb vilayətinin Azez mahalını ələ keçirmək istəyir.

Azez və sərhəd qapısına şərqdən hücumlarını davam etdirən İŞİD-ə müxalifət qrupları çətiri altında birləşdirən Fəth Ordusu cavab verir. Sərhədin Suriya tərəfindəki atəş səsləri və partlayışlardan sonra yüksələn tüstü buludları Türkiyə tərəfindən aydın şəkildə görünür.

Qeyd edək ki, İŞİD bundan əvvəl türkmanların əksəriyyət təşkil etdiyi Tel-Abyad şəhərini ələ keçirib, ancaq daha sonra oranı heç bir müqavimət göstərmədən PKK-nın Suriya qolu olan PYD-yə təhvil verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR