Süleyman Dəmirəl dəfn olundu
Bizi izləyin

Dünya

Süleyman Dəmirəl dəfn olundu

Türkiyə tarixinə damğa vuran şəxslərdən biri olan 9-cu prezident Süleyman Dəmirəl son mənzilinə yola salınıb.

Publika.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Süleyman Dəmirəl İsparta vilayətinin İslamköy kəndində dəfn edilib.

Bununla da Süleyman Dəmirəl Turqut Özaldan sonra Ankaradan kənarda dəfn olunan ikinci prezident olub. Türkiyənin 9-cu prezidenti həyat yoldaşının yanında dəfn edilib.

Keçmiş prezidentin dəfn mərasiminə partiya rəhbərləri, dövlət rəsmiləri və ölkənin tanınmış ictimai xadimləri qatılıb.

Qeyd edək ki, Süleyman Dəmirəl iyunun 17-də, yerli vaxtla 02:00 radələrində 91 yaşında müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib. Dəmirəl mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm