Poroşenko Yanukoviçin müdafiəsinə qalxdı
Bizi izləyin

Dünya

Poroşenko Yanukoviçin müdafiəsinə qalxdı

Ukrayna prezidenti Pyotr Poroşenko eks-prezident Viktor Yanukoviçin prezident rütbəsindən məhrum edilməsi haqqında Ali Radanın qərarından Konstitusiya Məhkəməsinə şikayət edib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı şikayət ərizəsində Ali Radanın qərarının Konstitusiyaya uyğun olmadığını bildirib.

“Ali Radanın qəbul etdiyi qərar Ukraynanın Konstitusiyasının normalarına uyğun deyil”, - Poroşenko yazıb.

Poroşenko qeyd edir ki, ölkənin əsas qanununa əsasən Ali Rada prezidentin rütbəsinin əlindən alınması barədə qərar verə bilməz. Dövlət başçısı qeyd edir ki, vəzifəsindən impiçmentlə kənarlaşdırılmadığı halda prezidentin statusu insanda ömürlük qalır.

Qeyd edək ki, Ukrayna Ali Radasının rəsmi qəzeti “Qolos Ukraine” iyunun 17-də Viktor Yanukoviçin dövlət başçısı statusunu ləğv edən qərarı yayımlayıb. Qəzet Ali Rada tərəfindən fevralın 4-də qəbul edilmiş qərarın qüvvəyə mindiyini yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm