Məşhur futbolçu İŞİD-lə döyüşəcək - FOTO
Bizi izləyin

Dünya

Məşhur futbolçu İŞİD-lə döyüşəcək - FOTO

Türkiyənin “Çaykur Rizespor” klubundan İtaliyanın “Udineze” klubuna transfer olan iraqlı futbolçu Əli Adnan İraq ordusuna qatılır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu İŞİD terror təşkilatına qarşı döyüşəcək.

İraqlı futbolçunun yeni futbol mövsüm başlayana kimi İraq ordusunda qalacağı bildirilir. Türkiyədə olduğu müddətdə tez-tez İraqa gedən və ordu ilə yaxın əlaqələri olan Əli Adnanın bu qərarı “Udineze” və futbolçunun icarəyə verildiyi İspaniyanın “Qranada” klubunun rəhbərliyində şok effekt yaradıb.

Qeyd edək ki, iraqlı futbolçu gələn mövsüm “Qranada” klubunda oynayacaq. İspan və italyan klublarının eyni şəxs tərəfindən idarə olunduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm