Dünya yox olma mərhələsində – ŞOK HESABAT
Bizi izləyin

Dünya

Dünya yox olma mərhələsində – ŞOK HESABAT

ABŞ-da aparılan araşdırma Yer kürəsinin yeni bir məhv olma mərhələsinə daxil olduğunu və bundan ən çox insanların zərər görəcəyini müəyyənləşdirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Stanford, Princeton və Berkli universitetlərin təqdim etdiyi hesabata görə, dünya altıncı ən böyük kütləvi yox olma mərhələsinə daxil olub.

Hesabata görə, bundan əvvəl belə bir hadisə 65 milyon il əvvəl Yer planetinə böyük meteoridin çarpması nəticəsində dinozavrların yox olması ilə reallaşıb. Araşdırmaçı Cerardo Keballos bunun davam edəcəyi halda dünyanın özünü bərpa etmə dövrünün milyonlarla il çəkə biləcəyini və insanların normaldan daha tez yox olmağa başlayacağını bildirib.

Hesabatda deyilir ki, onurğalı heyvanlar son zamanlar bütün zamanlara görə 114 dəfə daha sürətlə məhv olmağa başlayıb. Araşdırma 1900-cü ildən bu yana 400-dən çox onurğalı canlının yox olduğunu göstərib. Araşdırmaçılar hesab edir ki, belə bir itki normalda 10 min ildən bir baş verməlidir. Onların fikrincə, iqlim dəyişikliyi, havanın çirkliliyi və meşələrin sürətlə məhv edilməsi bunun əsas səbəbləridir.

Araşdırmaçılar bio-çeşidliliyin faciəvi sonluğundan qaçmağın hələ mümkün olduğunu, lakin bunun üçün təcili addımların atılmalı olduğunu qeyd edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm