Dövlət Bağçalı erkən seçkilər üçün təklif verdi
Bizi izləyin

Dünya

Dövlət Bağçalı erkən seçkilər üçün təklif verdi

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya höküməti quracağı deyilən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı koalisiya höküməti və erkən seçkilərlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, “Sözçü” qəzetinə danışan MHP lideri Xalqların Demokratik Partiyası (HDP) ilə əsla yan-yana gəlməyəcəyini növbəti dəfə bəyan edib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “koalisiya höküməti quraq, sən baş nazir ol” çağırışına mənfi cavab verən Bağçalı erkən seçkilər üçün tarixtəklif edib.

“Əgər ölkədə hökumət böhranı yaşanarsa, millət iradəsinə yenidən müraciət etmək ən düzgün yoldur. Belə bir şey düşünürsünüzsə, 15 noyabr bunun üçün ən münasib tarixdir”, - MHP sədri deyib.

Qeyd edək ki, Türkiyədə AKP və MHP-nin koalisiya hökümətinin qurulması mövzusunda razılaşdığına dair iddialar çoxalmaqdadır. CHP-dən olan millət vəkili Barış Yarkadaş AKP ilə MHP-nin koalisiya hökümətinin qurulması mövzusunda razılaşdığını iddia edib. Onun sözlərinə görə, MHP daxili işlər naziri və parlament sədrindən əlavə, nəqliyyat, enerji və ədliyyə naziri postlarını, həmçinin baş nazir müavini postlarından ikisini istəyib. CHP-li millət vəkili AKP-nin MHP-nin bu istəkləri ilə razılaşdığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm