Bin Ladenin oğlu ABŞ-dan atasının ölüm sənədini istəyib
Bizi izləyin

Dünya

Bin Ladenin oğlu ABŞ-dan atasının ölüm sənədini istəyib

2010-cu ildə ABŞ-nin diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytı bu dəfə Səudiyyə Ərəbistanının gizli sənədləri və yazışmalarını dərc edib.

Publika.az xəbər verir ki, sənədlərdə “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu Abdullah bin Ladenin atasının ölümünə dair sənədi istədiyi ortaya çıxıb.

“Əl-Qaidə”nin keçmiş liderinin oğlu bunun üçün ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə məktub yazıb. Məlumata görə, Abdullah bin Ladenin istəyinə səfirlikdən mənfi cavab verilib. ABŞ-ın cavab olaraq yazdığı məktubda “Əl-Qaidə” liderinin ölümünün rəsmi olaraq təsdiqi üçün digər yollar təklif edilib.

Abdullah bin Ladinin atasının ölüm sənədini istəməsinin səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ tərəfindən öldürülüb. Onun öldürülməsi üçün keçirilən əməliyyatla bağlı açıqlanan rəsmi məlumatlar indiyə kimi müxtəlif mənbələr tərəfindən təkzib olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm