“Wikileaks” Səudiyyəni ifşa etdi: 60 min sənəd
Bizi izləyin

Dünya

“Wikileaks” Səudiyyəni ifşa etdi: 60 min sənəd

2010-cu ildə ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytı növbəti zərbəni Səudiyyə Ərəbistanına vurub.

Publika.az xəbər verir ki, “Wikileaks” Səudiyyə Ərəbistanı ilə əlaqədar 60 min gizli sənədi və yazışmanı dərc edib.

Mənbələrin gizliliyini saxlayan “Wikileaks” qarşıdakı həftələrdə bu ölkə ilə əlaqədar daha yarım milyon sənədi dərc edəcəyini bildirib. Sənədlərin əksəriyyəti güc strukturları ilə bağlıdır və strateji mövzuları əks etdirir.

“Wikileaks” qurucusu Culian Assanjın “ABŞ-ın zülmündən xilas olmaq üçün” 3 ildir Ekvadorun İngiltərədəki səfirliyində olduğuna diqqət çəkib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının müdafiə naziri vəliəhd Məhəmməd ibn Salman Rusiya səfərində bu ölkənin prezidenti Vladimir Putinlə görüşüb. Müdafiə nazirinin bu səfəri Səudiyyənin müttəfiqi sayılan ABŞ-ın siyasi iradəsinin ziddinə atılmış addım kimi qiymətləndirilir. Hətta deyilənlərə görə, görüşdə Ər-Riyadın Rusiyanın silah alması məsələsi də müzakirə olunub. Yaddan çıxarmaq olmaz ki, Səudiyyə ABŞ üçün silah bazarında “ən yağlı” müştəridir və onun rus silahına meyllənməsi Vaşinqtonda xoş qarşılana bilməz.

Bu ərəfədə “Wikileaks”ın Səudiyyə Ərəbistanı ilə bağlı 60 min sənədi dərc etməsi və daha yarım milyon sənədi dərc edəcəyini bildirməsi təsadüf sayıla bilməz. “Wikileaks” hər nə qədər ABŞ-ın “düşməni” kimi təqdim olunsa da, mesajın Vaşinqtondan verildiyini güman etmək olar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm