Kokaini elə bir yerdə gizlətdi ki...
Bizi izləyin

Dünya

Kokaini elə bir yerdə gizlətdi ki...

İspaniyaya getmək istəyən honduraslı bir qadın yarım kiloqran kokaini sinəsinə qoyduğu silikonda gizlədərək özü ilə aparmaq istəyib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, maye halda olan kokaini ölkə xaricinə çıxarmaq istəyən qadın Kolumbiyanın paytaxtı Boqotada hava limanında saxlanılıb.

Xəbərə görə, 22 yaşındakı Paola Deyanira Sabillon adlı qadın təhlükəsizlik bölməsindən keçərkən şübhəli davranışları ilə polisin diqqətini çəkib. Polis X-Ray cihazının köməyi ilə qadının yaxın vaxtlarda sinə əməliyyatı keçirdiyini müəyyən edib. Bundan sonra Sabillon slikonlarının içində kakoin gizlətdiyini və onu İspaniyanın Barcelona şəhərində aparmaq istədiyini etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm