ABŞ-da bir gecədə iki atışma
Bizi izləyin

Dünya

ABŞ-da bir gecədə iki atışma

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs piknikə toplaşmış insanlara nizamsız şəkildə atəş açıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər zərər çəkib. İnsident Filadelfiya şəhərinin qərb hissəsində yerli vaxtla saat 22 (Bakı vaxtilə saat 5) radələrində baş verib. KİV-in məlumatına görə, zərər çəkənlər arasında 2 və 10 yaşlarında iki uşaq da var. Onların ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər yaralılar 15-25 yaş arasındadır.

Demək olar ki, eyni vaxtda Detroyt şəhərində (Miçiqan ştatı) də oxşar hadisə baş verib. Orada naməlum şəxs basketbol meydançasında şənliyə yığışmış insanlara atəş açıb. Bir nəfərin öldüyü, azı doqquz nəfərin isə güllə yarası aldığı barədə məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm