Baş nazir yoqa proqramına başçılıq etdi
Bizi izləyin

Dünya

Baş nazir yoqa proqramına başçılıq etdi

Minlərlə insanın iştirakı ilə Hindistanda Beynəlxalq Yoqa Günü mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, mərasimə Hindistanın baş naziri Narendra Modi başçılıq edib. Modi 35000 nəfərlik məktəbli, rəsmi işçi və əsgərlə birgə bədən və nəfəs hərəkətlərini həyata keçirib.

Hindistanın digər şəhər və qəsəbələrində həyata keçirilmiş oxşar tədbirlərdə də milyonlarla insanın iştirak etdiyi bildirilir.

Yoqa həvəskarı olan baş nazir hər gün bu qədim hind təlimi ilə məşğul olduğunu deyir.

O, BMT-dən 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsini istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm