Dünya
Atalar Günü qeyd edilib
İyunun 21-də ABŞ-da ataların verdiyi töhfələri
dəyərləndirmək üçün Atalar günü qeyd edilir. Qeyri-rəsmi gün olan
Atalar günü hər il iyun ayının üçüncü bazar günü qeyd
edilir.
Adətən ailə üzvləri bu gündə atalara hədiyyələr verir və onlar
nahar və şam yeməyinə dəvət edilir. İqtisadçıların bildirdiyinə
görə, amerikalılar Atalar günü hədiyyələrə hər il bir milyard
dollardan artıq vəsait xərcləyir.
Atalar gününün tarixi 1908-ci il iyul ayının 5-də Qərbi Virciniya
ştatınındakı kilsədə bundan bir il əvvəl daş-kömür şaxtasında
həyatını itirmiş kişilər üçün dua mərasimindən başlayır.
Bundan bir il sonra isə Vaşinqton ştatında dul qalmış atası
tərəfindən böyüdülmüş bir qadın atalar üçün Analar gününə oxşar bir
günün yaradılması təşəbbüsü ilə çıxış edib. Onun müvəffəq səyləri
nəticəsində Vaşinqton ştatında ilk dəfə olaraq Atalar günü qeyd
edilib.
1920-ci və 1930-cu illərdə Atalar və Analar günləri birləşdirilərək
Valideynlər günü kimi bir yerdə qeyd edilib. Lakin İkinci Dünya
Müharibəsi dövrü ölkəyə xidmət edən kişilərə yüksək ehtiram
göstərilməsi məqsədilə Atalar gününün ayrı qeyd edilməsi təklif
edilib. Bu təklif böyük dəstəklə qaşılanıb və müharibənin sonunda
Atalar günü artıq ölkə miqyasında bir gün kimi qeyd edilib.
1972-ci ildə ABŞ prezidenti Riçard Nikson Atalar gününü ölkədə
milli bayram elan edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...