Çin bankı çirkli pulların yuyulmasında ittiham edilir
Bizi izləyin

Dünya

Çin bankı çirkli pulların yuyulmasında ittiham edilir

İtaliya prokurorluğu Bank of China bankının Milan şöbəsi və 300 şəxsə qarşı çirkli pulların yuyulması ilə bağlı ittiham irəli sürmək niyyətindədir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Florensiya şəhər prokurorluğunun iddiasına görə, Bank of China şöbəsi vasitəsilə İtaliyadan Çinə bank köçürmələri yolu ilə ümumilikdə bank hesablarından $5,1 milyard dollar pul köçürülüb. Həmin pullar fahişəlik, saxta pul əskinaslarının hazırlanması, vergidən yayınma və əmək istismarı nəticəsində əldə olunub.

İtaliyanın ANSA informasiya agentliyinə əsasən, ittihamlar Bank of Cina bankının 4 yüksək rütbəli əməkdaşınaq qarşı irəli sürülə bilər.

İtaliya müstəntiqləri bu məbləğin ($5,1 milyard dollar) təxminən yarısının 2007-2010-cu illərdə bankın Milan şöbəsi vasitəsilə köçürüldüyünü qeyd ediblər.

Bank of China həmin pul köçürmələri hesabına 758 min avro məbləğində qazanc əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm